"Qarabağ"ın futbolçusu Ovusu Kvabena klubdan ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki,  25 yaşlı hücumçu "Ferentsvaroş"a transfer olunacaq. O, artıq sözügedən klubla müqavilə imzalamaq üçün Macarıstana yollanıb.

Ovusunun Ağdam klubu ilə transferi bu ilin iyununda başa çatırdı və onun Budapeşt klubuna azad agent kimi keçəcəyi gözlənilirdi. Lakin o, indi "Qarabağ"ın oyunçusu statusunda "Ferensvaroş"a transfer olunduğundan Ağdam klubunun bu keçiddən təxminən 350 min avro qazanacağı bildirilir.