"Ötən il ərzində Yevlax Pilot Aqroparkın ərazisində salınmış meyvə bağlarından bu il ilk dəfə olaraq məhsul yığımına başlanılıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentilyinin təşkilatçılığı ilə “Yevlax Pilot Aqropark”a təşkil olunan mediatur zamanı “Agrotop” MMC-nin baş aqronomu Rövşən Qənbərov deyib.

"Belə ki, Yevlax Aqroparkın rezidenti “Agrotop” MMC tərəfindən aqroparkın 40 hektarlıq ərazisində meyvə bağları salınıb. Meyvə bağlarının 11 hektarında ərik, 15,5 hektarında nektarin, 13,5 hektarında şaftalı ağacları əkilib. Bu il ilk dəfə olaraq meyvə bağlarının bir illik olmasına baxmayaraq şaftalı və ərik kimi meyvələrin yığımı həyata keçirilib. Hazırda “Agrotop” MMC-nin Yevlax təsərrüfatında 11 nəfər daimi, 300 nəfər mövsümü işlə təmin edilib. Şirkət tərəfindən indiyədək aqroparkda görülmüş işlərə altı yüz min manat investisiya yatırılıb", - o əlavə edib.

Sadiq Cavadov