2022-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya keçməyə çalışan 32 mindən çox qeyri-qanuni miqrantın Mərakeşdə tutulduğu açıqlanıb.


İqtisadiyyat.az xəbər verir ki, Mərakeş Milli Təhlükəsizlik Baş İdarəsinin 2022-ci il üçün qeyri-qanuni miqrasiya əməliyyatları ilə bağlı dərc etdiyi hesabata görə, təhlükəsizlik bölmələri son 12 ayda 32 733 qeyri-qanuni miqrantı yaxalayıb.

Bildirilib ki, qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığı ilə mübarizə çərçivəsində aparılan əməliyyatlarda yaxalanan bu şəxslərin 28 min 146-sı və ya 85 faizi xarici ölkə vətəndaşlarıdır.

Əməliyyatlar nəticəsində 92 immiqrant şəbəkəsi məhv edilib, 566 dəstə üzvü həbs edilib.