Ramazan ayından sonra artıq bir necə gündür ki, toy mösümü başlayıb.

İqtisadiyyat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bir çox restoranda yayın sonuna qədər yer yoxdur.

Cütlüklər nigah və nişan mərasimlərini də açıq havada keçirməyə üstünlük verirlər.

“Bəs qiymətlər?

 “Tələbin çoxluğu bahalaşmaya səbəb olubmu?”

İnzibatçılar bildirir ki, qiymətlərin baha və ucuz olmasına səbəb meynuyda yeməklərindən birdə içkilərdən asılı olur.

Ümumilikdə isə restoran sahibləri menyuların qiymətində bu il təxminən 8-15 faiz arasında bahalaşma olduğunu deyirlər.