Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tələbinin bu il gündəlik 2,4 milyon barel, gələn il isə 2,2 milyon barel artacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bununla da qurum 2023-2024-cü illər üzrə qlobal neft tələbi artımı ilə bağlı proqnozunu saxlayıb. Beləliklə, OPEC üçüncü aydır ki, öz proqnozunu dəyişmir. Məlumata görə, qlobal neft tələbinin bu il 102,1 milyon barel, 2024-cü ildə isə 104,3 milyon barel olacağı proqnozlaşdırılır.

OPEC gələn il qlobal iqtisadiyyatda sabit artımın və Çin iqtisadiyyatında davamlı yaxşılaşmanın neft tələbatının artmasına töhfə verəcəyini gözləyir.

 

Gözəl Həşimova