OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin gələn il gündəlik ortalama neft hasilatının 27.78 milyon barel olacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) oktyabr ayı üzrə hesabatında deyilir.

Hesabata görə, bu il OPEC ölkələrinin gündəlik ortalama neft hasilatı 27,92 milyon barel olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,01 milyon barel çoxdur.

Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 milyon olub.

 

Gözəl Həşimova