Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb, gələn il üçün  isə artırıb.

Bu barədə İqtisadiyyat.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata görə, bu il ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacaq. Bu da əvvəlki proqnozla müqayisədə 10 min barel azdır.

Qurum gələn il Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatının 700 min barel səviyyəsində olacağını proqnoz edir ki, bu da əvvəlki proqnoza nisbətən 20 min barel azdır.

Qeyd olunub ki, ötən il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olub.

 

Gözəl Həşimova