Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 30 min barel azdır.

Bu barədə İqtisadiyyat.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnozun azadılmasına səbəb əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olmasıdır.

Hesabata əsasən, gələn il Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı 700 min barel olacaq ki, bu da əvvəlki proqnozla eynidir.

 

Gözəl Həşimova