Ölü astronavtları kosmik gəmidən atmaq olmaz, çünki cəsəd peyklər və ya kosmik gəmilərlə toqquşaraq onlara ciddi ziyan vura bilər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı tədqiqatçılar araşdırma aparıb və onların müvafiq araşdırmaları "Livescience" portalında dərc olunub.

Bundan əlavə, kosmosda insanın dərisindəki bütün maye buxarlanacaq və bədəndəki su donacaq. Buna görə də bədən kosmosda sərtləşəcək və mumiyaya bənzəyəcək. Üstəlik, peyk və ya kosmik gəminin ölmüş astronavtla toqquşması meteoritlə toqquşmaya bərabərdir ki, bu da nasazlıqlara səbəb olacaq.

Eyni zamanda, cəsəd istənilən planetin və ya bürcün cazibə qüvvəsinə məruz qala bilər, bundan sonra isə səma cisminin bioloji çirklənməsi baş verəcək.  Mütəxəssislər əmindirlər ki, ölən astronavt radiasiyanın təsiri altında tədricən toza çevriləcək, amma bu uzun illər çəkəcək.

Qeyd edilib ki, Beynəlxalq Kosmik Stansiyada ölü astronavtların cəsədini Yerə gətirmək üçün onu 72 saat saxlaya bilən xüsusi çantalar var.

 

Gözəl Həşimova