Bu ilin ikinci rübündə Azərbaycanda maliyyə axını 29,2 milyard manat təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

Hesabat dövründə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 %), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 %) və tikinti (10,2 %) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə mədənçıxarma sənayesi (624,4 milyon manat), eləcə də nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat) olub.