Azərbaycanda bu ilin yanvar-oktyabr ayları ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 377,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 11,4% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 8,8%, geyim istehsalında isə 12,3% azalma müşahidə olunub.

 

Gözəl Həşimova