Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, parlamentdə keçirilən görüşdə Türkiyə-Gürcüstan münasibətləri, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.

İki ölkə xalqı arasında qədim dostluğun olduğunu deyən Kurtulmuş Gürcüstanın xarici işlər naziri Darçiaşvili və onu müşayiət edən nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisində qəbul etməkdən məmnun olduğunu bildirib.

Kurtulmuş regional sülh və sabitliyin qorunmasının vacibliyinə də diqqət çəkib.

Gürcüstanla ikitərəfli əlaqələri parlament səviyyəsində inkişaf etdirmək istədiklərini vurğulayan Kurtulmuş bu çərçivədə dostluq qrupları arasında təmasların və səfərlərin faydalı olacağını bildirib.