Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 19,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.