PSV Niderland Kubokunu qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Eyndhoven təmsilçisi həlledici oyunda "Ayaks"la qarşılaşıb.

Əsas və əlavə vaxtı bərabərliklə başa çatan oyunun qalibini müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Son zərbələrdə daha dəqiq olan PSV çempion olub.

Niderland Kuboku

Final

Ayaks - PSV - 1:1 (penaltilər - 2:3)

Qollar: J.Branveyt, 42 (avtoqol) - T.Azar, 67