ABŞ-də xam neft və benzin ehtiyatlarının gözləniləndən daha çox artması fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 30 sent və ya 0,35% ucuzlaşaraq 85,52 ABŞ dollar olub.

“WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 42 sent və ya 0,50% azalaraq 83,07 ABŞ dollarına enib.

 

Gözəl Həşimova