Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçı Bakıda keçiriləcək. "Neftçi" doğma meydanda "Sumqayıt" klubunu qəbul edəcək. Matç saat 16:30-da start götürəcək.

Günün ikinci matçı isə Tovuzda baş tutacaq. "Turan Tovuz" "Sabah" klubunu qonaq edəcək. Matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, hər iki matç "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.