Yavaşlayan qlobal iqtisadiyyat fonunda tələbin zəifləməsi ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 36 sent və ya 0,4% ucuzlaşaraq 81,96 ABŞ dolları olub.

“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 33 sent və ya 0,4% azalaraq 77,50 ABŞ dollarına enib.

 

Gözəl Həşimova