ABŞ-də yanacağa tələbin kəskin artması fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyul müqaviləsində bir barelin qiyməti 21 sent bahalaşaraq 83,31 dollar olub.

"WTI" markalı neftin iyun müqaviləsində bir barelin dəyəri isə 1,18 dollar artaraq 78,90 dollar olub.

 

Gözəl Həşimova