ABŞ-nin Rusiya xam neftinin ixracına qarşı sanksiya proqramını sərtləşdirməsi fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 50 sent və ya 0,6% bahalaşaraq 86,50 ABŞ dolları olub.

“WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 64 sent və ya 0,8% artaraq 83,55 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova