ABŞ-də dizel qiymətlərinin artması, neft buruqlarının sayının azalması və Luiziana ştatında neft emalı zavodunda baş verən yanğın nəticəsində neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 1,12 dollar və ya 1,3% bahalaşaraq 84,48 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 78 sent və ya 1% artaraq 79,83 ABŞ dollarına satılıb.

 

Gözəl Həşimova