Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 12 % artaraq iyulun 1-nə 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.