İqtisadiyyat.az nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, görüşdə Ramin Quluzadə Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalarının geniş tətbiqi və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı danışıb.

Nazir qeyd edib ki, sahənin inkişafı üzrə görülən işlərin daha effektiv olması məqsədi ilə dünyanın nüfuzlu İKT şirkətləri ilə sıx əməkdaşlığa xüsusi önəm verilir.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Dell” şirkəti arasında İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, şirkət tərəfindən İKT, innovasiyalar və Data Mərkəzi ilə bağlı ölkəmizdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.