Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai və Bolqarıstan parlamentinin sədri Vejdi Rəşidovla görüşüb.


İqtisadiyyat.az xəbər verir ki, Kərzai ilə görüşü ilə bağlı Twitter hesabından açıqlama verən nazir Çavuşoğlu, "Əfqan xalqı ilə həmrəyliyimizi və ölkənin sabitliyinə dəstəyimizi davam etdirəcəyik" deyib.

Rəşidovla görüşünə gəlincə, Çavuşoğlu Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli əlaqələr və parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə etdiklərini bildirib.