Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxışında deyib.

O bildirib ki, hazırda bölgədə sülh quruculuğu üçün münbit şərait yaranıb.