Kənd Təsərrüfatı Nazirliyində ixtisarlar davam edir.

İqtisadiyyat.az "BusinessTime"a istinadən xəbər verir ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev bu günlərdə vəzifəsindən azad edilib.

Aqil Quliyev 2018-ci ildən bu vəzifəni icra edirdi.

Qeyd edək ki, ötən həftə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə vəzifəsindən azad edilib. Bununla yanaşı Dövlət Toxum Fondunda da kütləvi ixtisarlar aparılıb.