İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər 480 yerli müşahidəçi qeydə alınıb.

Onlardan 344 nəfər öz təşəbbüsü, 10 nəfər QHT-lərin təşəbbüsü ilə, 126 nəfər isə xüsusi icazə almış müşahidəçilərdir.