Azərbaycanda daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

"1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 950-ə yaxın müşahidəçi qeydə alınıb. 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb", - deyə o qeyd edib.