Naxçıvanda vergi daxilolmaları 41 % artıb

İqtisadiyyat.az xəbər verir ki, 2023-cü ilin ilk 8 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 106 milyon manatdan artıq vergi daxil olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41% və ya 31 milyon manat çoxdur.//Report//