Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir.

Bu barədə İqtisadiyyat.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2024-cü ilin yanvar-avqust ayları ərzində 4185 elektron xidmət göstərilib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 3307 və ya 4,8 dəfə çox olub.