Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandanın yeni transferi - Azərbaycan millisinin üzvü Mahir Emreli haqda danışıb.

İqtisadiyyat.az "Bild"ə istinadən xəbər verir ki, o, zədəsini sağaldan və artıq komanda ilə məşqlərə başlayan Emrelinin 2-ci Bundesliqanın növbəti turunda meydana çıxacağının sual altında olduğunu bildirib:

“Bu oyunda meydana çıxmağını istisna etmək istəmirəm. Demişdik ki, Mahiri “Maqdeburq”la matça çatdıra bilməsək, “Ulm”la oyuna hazırlayacağıq. Amma bərpa prosesi düşündüyümüzdən bir az uzun çəkdi. Bəlkə də bizim daha 2, 3 günə ehtiyacımız olacaq”.

Qeyd edək ki, “Nürnberq” - “Ulm” oyunu sentyabrın 14-də keçiriləcək. "Nürnberq" 4 turdan sonra 4 xalla 13-cüdür.