iPhone 16-nın Azərbaycanda satışa çıxma tarixi açıqlanıb.  

İqtisadiyyat.az xəbər verir ki, "Operativ Media"nın əldə etdiyi məlumata görə, iPhone 16 sentyabrın 28-də Azərbaycanda satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 9-da ABŞ-nin "Apple" korporasiyası yeni məhsulları olan iPhone 16 yeni nəsil smartfonunun təqdimatını keçirib.  

Əlavə edək ki, iPhone 16-nın Azərbaycanda satış qiymətinin minimum 2 599 AZN-dən başlayacağı gözlənilir.