“Qərbin Navalnının həbsxanada ölümü ilə bağlı ittihamları qəbuledilməzdir”. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov deyib.

İstintaqın Rusiya qanunlarına uyğun olaraq davam etdiyini bildirən Peskov, Navalnının cənazəsinin ailəsinə nə vaxt təhvil veriləcəyi sualına Kremlin cavab verə bilməyəcəyini bildirib.

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə Departamenti Aleksey Navalnının koloniyada ölməsi barədə məlumat yayıb. İdarənin məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə başlayıb, ancaq onu xilas etmək mümkün olmayıb.