NASA iqlim dəyişikliyini izləmək üçün hərəkətə keçdi.

Qısa adı SWOT olan Səth, Su və Okean Topoqrafiya peyki SpaceX raketi ilə kosmosa buraxılır.

Layihə ilə NASA ilk dəfə Yerdəki su ehtiyatlarını araşdırmaq üçün kosmosa peyklər göndərir .

Buraxılış Los-Ancelesdəki Vandenberq bazasından həyata keçirilir. Buraxılış əvvəllər hava şəraitinə görə iki dəfə təxirə salınmışdı.

Peyk mikrodalğalı radar texnologiyası ilə su ehtiyatlarının səviyyələrini müəyyən edəcək.

21 gün ərzində ən azı iki dəfə toplanacaq məlumatlar iqlim proqnozlarının yaxşılaşdırılması və şirin su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə kömək edəcək.

Beləliklə, iqlim dəyişikliyinin fəsadları daha aydın üzə çıxacaq.

Layihənin ən azı 3 il çəkəcəyi gözlənilir.