Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 5881 cinayət faktı aşkarlanıb.

Bu barədə İqtisadiyyat.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Belə ki, qanunsuz dövriyyədən 4 ton 623 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayı 103 fakt, müsadirə edilən narkotiklərin və psxiotrop maddələrin miqdarı isə 1 ton 204 kq artıb.