“Narkomaniya ilə mübarizədə prokurorluğun rolu” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, 20 oktyabr 2023-cü il tarixdə Füzuli rayon prokurorluğunun təşəbbüsü ilə işğaldan azad olunan Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya ilə mübarizədə prokurorluğun rolu” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Füzuli rayon prokuroru Elnur Rüstəmov narkomaniyanın mənfi təzahürləri, ümumbəşəri bəla ilə mübarizənin qanunvericiliklə tənzimlənməsi, Azərbaycan Prokurorluğunun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə rolunun əhəmiyyəti, eləcə də prokurorluğun Azərbaycan Respublikasının Konstitusiyasında və Qanunlarında təsbit etmiş fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra mövzu ətrafında şagirdlərin çoxsaylı sualları cavablandırılıb.