"Napoli" baş məşqçisi Luçano Spalletti ilə müqaviləni uzadıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb. O deyib:
“Müqaviləmi 2024-cü ilin iyununa qədər uzatmaq seçimini aktivləşdirdiyi üçün klub rəhbərliyinə minnətdaram".
Qeyd edək ki, "Napoli" bu mövsüm Spalettinin baş məşqçiliyi altında İtaliya çempionluğunu rəsmiləşdirib.