İsraillə və HƏMAS hərəkatı arasında silahlı qarşıdurmanın şiddətlənməsindən sonra Qəzza zolağının sakinlərinə humanitar yardımın tədarükü 5 dəfə azalıb və ciddi dərman çatışmazlığı yaranıb.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, hazırda hər gün orta hesabla 100-dən bir qədər çox yük maşını Qəzza zolağına daxil olur. Halbuki, ötən ilin oktyabrın 7-də münaqişə qızışmazdan əvvəl bu maşınların sayı 500-ə çatıb.

Bildirilib ki, xəstəxanalarda əməliyyatlar və yanıqların müalicəsi üçün dərmanlar tükənir.

 

Gözəl Həşimova