"Rusiya ilə münaqişə başlayandan bəri Ukrayna iqtisadiyyatının itkiləri onun həcminin 30%-ni təşkil edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

"Ukrayna ərazisinin təxminən 20%-ni və 3,5 milyon iş yerini itirmişik. İki il ərzində ölkə iqtisadiyyatının 30%-ni itirib.

2022-ci ilin fevral ayının sonundan bəri təxminən 10 milyon insan Ukraynanı tərk edib. Onlar təhlükəsizlik problemlərinə görə Avropa İttifaqı ölkələrindən, ABŞ-dən və dünyanın digər ölkələrindən geri qayıtmırlar. Bizim müxtəlif hava hücumundan müdafiə sistemlərimiz var. Və biz təhlükəsizlik və hava hücumundan müdafiə səviyyəsini artırırıq”, - deyə o qeyd edib.

 

Gözəl Həşimova