Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak etmiş və görkəmli xidmətlərə görə mükafat almış veteran əsgərlərə Moskva vilayəti, Krım və Sevastopolda pulsuz torpaqların verilməsini təsdiq edən qərar imzalayıb.


İqtisadiyyat.az xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin rəsmi saytında Putinin orduya dəstək üçün əlavə tədbirlər haqqında imzaladığı fərman dərc olunub.

Qərara əsasən, “xüsusi hərbi əməliyyat”da iştirak edən və müstəsna xidmətlərinə görə dövlət mükafatı almış və münaqişələrdə veteran olmuş əsgərlərə Moskva vilayətində, Krımda və Sevastopolda torpaqların pulsuz verilməsi tövsiyə olunur.

Bundan başqa, münaqişə zamanı və ya xəstəlik səbəbindən “xüsusi hərbi əməliyyat” bölgəsində həlak olan əsgərlərin yaxınlarına sosial dəstək nəzərdə tutulur.

Qərar imzalandığı gündən qüvvəyə minir.