HƏMAS qruplaşması ilə Qəzzada davam edən müharibə nəticəsində İsrail iqtisadiyyatına 400 milyard dollar zərər dəyəcəyi gözlənilir.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, İsrailin HƏMAS-la müharibə aparması hər keçən gün daha yüksək xərclərə səbəb olur və qarşıdurmanın iqtisadiyyata mənfi təsirləri artır.

Davam edən müharibənin iqtisadi təsiri ölkədə qeyri-müəyyənliyi artırır və ölkənin maliyyə vəziyyətini zəiflədir.

Münaqişənin maliyyə ölçüsü ilə bağlı bəzi araşdırmalar göstərir ki, oktyabrın 7-dən bəri İsrailin müharibə üçün xərcləri gündəlik təxminən 300 milyon dollardır.

 

Gözəl Həşimova