Türkiyənin Muğla vilayəti və onun rayonlarında 15 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı qeyri-qanuni yollarla xaricə getməyə çalışan 2 min 192 immiqrant yaxalanıb, qeyri-qanuni keçidə vasitəçilik etdikləri iddiasıyla 24 şübhəli həbs edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Muğla Valiliyi açıqlama yayıb.

Valilikdən verilən yazılı açıqlamaya görə, şəhərdə qeyri-qanuni miqrasiya axınının qarşısının alınması və immiqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində işlər davam etdirilir. 

Araşdırmalar zamanı 1-15 oktyabr tarixləri arasında qeyri-qanuni yollarla xaricə getməyə çalışan 2 min 192 immiqrant saxlanılıb, 24 şübhəli isə qanunsuz keçidə vasitəçilik etdikləri iddiasıyla həbs olunub.

İmmiqrantlar Muğla Köç İdarəsi Regional Müdirliyinə təhvil verilib.