Müdafiə Nazirliyi Ermənistan MN-nin məlumatını təkzib etdi.

Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə İqtisadiyyat.az'a Müdafiə Nazirliyindən məlumat verilib.

Yayılan məlumatı qəti surətdə təkzib edirik.