Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi təsdiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Eləcə də YAP-ın prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bunlar YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini - Baş nazirin müavini Əli Əhmədovdur.

Partiyanın Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.