Moskva yaxınlığındakı Klin şəhərində yerləşən hərbi hissədə qətl hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərbi baza məlumat yayıb .

Məlumatda bölmənin avtomobil xidmətinin binasında helikopterin bort texnikisi ilə mühəndis arasında münaqişə yaranıb. Mübahisə zamanı hərbçi “Makarov” markalı tapançanı çıxararaq həmkarına atəş açıb.

Mühəndis başından aldığı güllə yarasından dünyasını dəyişib.

Texniki həbs olunub, faktla bağlı cinayət işi başlanıb.