"Misir prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Danışıq zamanı iki ölkə liderləri Fələstinin Qəzza zolağına humanitar yardımların çatdırılmasının təmin edilməsinin vacibliyini vurğulayıblar". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əs-Sisinin ofisi məlumat yayıb.

“İki lider atəşkəsə nail olmaq və təhlükəsizliyin bərpası, mülki şəxslərin müdafiəsinin təmin edilməsi və onlara qarşı hücumların qarşısının alınması prosesinə, həmçinin Qəzza zolağında humanitar vəziyyətə və təcili olaraq təhlükəsiz girişin təmin edilməsinə üstünlük verilməli olduğu barədə razılığa gəliblər", - ofisin bəyanatında deyilir.

"Prezidentlər həmçinin Fələstin-İsrail böhranının səbəblərini, xüsusən Fələstin probleminin həlli perspektivləri ilə bağlı ciddi şəkildə işləməklə bağlı razılığa gəliblər", - ofis bildirib.