Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin Qafqazdakı danışıqlar üzrə baş müşaviri Lui Bono Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Həmsöhbətlər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini, həmçinin regionda baş verən son hadisələrə toxunublar. Ermənistan və ABŞ arasında ikitərəfli tərəfdaşlığın gündəliyinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilir.