“İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova tviter hesabında yazıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.