Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə edilib.

İqtisadiyyat.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri isə milyard 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.

***

11:14

Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.“Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.