"Milan"ın müdafiəçisi Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda məşhur insayder Fabritsio Romano X (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilir ki, Turin prokurorluğu Alessandronu şübhəli şəxs qismində reyestrə daxil edib. Onun barəsində araşdırma aparılır. Futbolçu uzun müddətə diskvalifikasiya təhlükəsi ilə üzləşib.

Florentsi jurnalist Fabritsio Korona tərəfindən dərc edilən mərc oyunlarında iştirak edən oyunçuların siyahısında idi. "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali də oxşar ittihamlara görə artıq cəzalandırılıb. O, qarşıdan gələn Avropa çempionatı da daxil olmaqla 12 ay futbolu buraxacaq.

Qeyd edək ki, 32 yaşlı Florentsi bu mövsüm "Milan" klubunun heyətində 13