Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.

Bu barədə İqtisadiyyat.az-a Metropolitendən bildirilib.

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yolunü düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.

***

13:47

Bakı Metropolitenin 28 May stansiyasında qatar yoluna düşən sərnişin həyatını itirib. 

Bu barədə İqtisadiyyat.az-a Metropolitendən bildirib.   

Qeyd edilib ki, meyit stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq. 

***

13:21

Bakı Metropoliteninin hərəkətində yubanmalar var. 

Bu barədə İqtisadiyyat.az-a Metropolitendən bildirilib.

Belə ki, qatar "28 May" stansiyasına daxil olanda sərnişinlərdən biri stansiya yoluna düşüb. 

Əlavə məlumat veriləcək.